Facebook
Twitter
Blogger
|
|
Yenə Elariz, yenə şayiə...
Çox nadir hallarda ola bilər ki, gələ bilmir və bu barədə mənə mütləq qabaqcadan xəbər verir”. Bu barədə açıqlama ilə müğənni Elariz protejesi Yaqut haqqında Lent.az-a danışıb.
Müğənni deyib ki, haqqında növbəti şayiələr yayılıb: “Guya ki, mənlə Yaqut Nərmanın işbirliyinə son qoyulub. Səbəb isə Yaqutun paytaxtda yerləşən istirahət mərkəzlərinin birində Novruz bayramı ilə əlaqədar düzənlənmiş tədbirlərin birinə gəlməməsi olub. Guya Yaqutun tədbirə qatılacağı halda gəlməməsi məni hövsələdən çıxarıb və Yaqutla əlaqə saxlayaraq onunla işbirliyini bitirmişəm”.
Müğənni açıqlamasında bu xəbərin yalan olduğunu bildirib: “Yaqut çox məsuliyyətli bir müğənnidir. Dəvət aldığım istənilən tədbirə, hətta televiziya və radio verilişlərinə onu da özümlə aparıram”. Elariz onu da bildirdi ki, bu şayiələr onun Yaqutla işbirliyinə xələl gətirib ruhdan sala bilməz: “Mən Yaqutu xalqa öz protejem kimi tanıtmışam. Heç vaxt onu yarı yolda qoymaram. Özü nə vaxt istəsə halallıqla müstəqil olaraq karyerasını davam etdirə bilər”.
Hazırda hər iki müğənni növbəti duet üzərində işləyirlər. “Bəhanə” adlanacaq yeni mahnının sözləri Azər Şirinə, musiqisi isə Elarizin özünə aiddir. Qeyd edək ki, bu mahnı Elarizin musiqi müəllifi olduğu ikinci mahnıdır. Bundan əvvəl müğənni solo olaraq “Nələr oldu” adlı mahnısını dinləyicilərə təqdim etmişdi.
əlavə edilmə : 01 / 04 / 2010
|