Musiqisi Nazimə, sözləri Nurlana məxsus olan klipi türkiyəli rejissor Altan Dönmez çəkib. Bakıda ekranlaşdırılan klipdə Günel yalnız çəkilib və o, bunu həm yaradıcılığında, həm də şəxsi həyatında «yeni səhifə» adlandırdı.
Şəxsi həyatı barədə sualları cavablandırarkən Günel deyib ki, müsəlman qadın özünə qarşı təpkilər yönələndə daha çox susmağa üstünlük verir: "Qarşı tərəf kişilik etmədi deyə, doğruları danışıb özümü müdafiə etmək məcbiriyyətində qaldım. Həmdəki bu mövzunu mən tərəfdən İbrahim Tatlısəs öz verilişində açdı deyə mən də danışmağı məqsədəuyğun hesab etdim. Əslində bir çox məqamlarda mən susuram. Hələ deyiləsi çox sözlər var, amma içimə atıram" -deyə Günel bildirib.
Təqdimatını keçirdiyi yeni klipi ilə şəxsi həyatında yeni səhifə açdığını bildirib: "Ötən günlərə qədər həyatımda olan bütün pis hadisələri bir kənara atıram. Hətta mənə paxıllıq edən insanlarla belə maraqlanmıram. Bu klipdən sonra həyatımın yeni səhifəsini rəngbərəng çiçəklərlə bəzəyəcəm".
Azəri qızı şəxsi həyatı ilə bağlı qalmaqallarda Türkiyə mətbuatından böyük dəstək gördüyünü dilə gətirərək, Azərbaycan mediasında isə bunun əksini gördüyünü dedi: "Türk mətbuatı Almaniyadakı konsertim barədə danışdığı halda, Azərbaycanda televiziya və media dəmir barmaqlıqlar arxasında görüntülər verdi. Mən Türkiyədən aldığım dəstəyi Azərbaycandan da görmək istəyirəm".
əlavə edilmə : 24 / 03 / 2010
senden xowum gelmir cunki cox lovgasan.ama deymez bir weye de oxwamirsan get guzgude ozune yaxwi yaxwi bax gor o qeder wpaklovkani niye yaxirsan bir weye de oxwamirsan.senin qiragdan qohumun eqreben demir ki ay qiz niye bu qeder unlanirsan televizora cixanda,ozunu tapa bilmirsen pis gundesen.sag ol .
Qunel,bu boyda var dovleti qoprub niye qudurmusan?Ibo seni dartmasaydi oralara tsevvur eleye bilerdin,haralardaydin?!Ebrunu sakit burax,ona cata bilmezssen,insan kimi yawa da......