Facebook
Twitter
Blogger
|
|
QaQa məhkəməyə verildi
«Associated Press» xəbər verir ki, o, məşhur ifaçı Ledi QaQadan nə az, nə çox – düz 30,5 milyon dollar tələb edir. Prodüser iddia edir ki, Ledi QaQa karyerasının uğurlu inkişafına görə məhz ona borcludur. Fusarinin sözlərinə görə, məhz o, dünyada məşhurluq qazanmış bir sıra mahnıların sözlərini yazıb, həmçinin ifaçı üçün uğurlu təxəllüs fikirləşib, müğənninin ilk müqavilələrini təşkil edib. Prodüser vaxtilə onları romantik münasibətlərin birləşdirdiyini də açıqlayıb.
«Lakin indi Ledi QaQa öhdəliklərinə əməl etmək istəmir. Müqaviləyə əsasən, o, gəlirlərinin 20%-ni mənə verməlidir. Amma mən ondan indiyədək cəmi 661 min dollar ala bilmişəm», - deyə Fusari bildirib.
əlavə edilmə : 19 / 03 / 2010
|