|
Ayazin Toyu! eXclusive Video!
Dekabrın 2-si Sarı Gəlin restoranında Azərbaycan Şou Biznesinin tanınmış siması Ayaz Qasımovun toyu oldu.Saat 19:30-da start götürən məclisi Murad Arif açıq elan etdikdən sonra sözü məclisi idarə etməsi üçün Abbas Bağırova verdi.Qapalı keçən məclisə heç bir telekanal və qəzet işçiləri buraxılmamışdı.Çox şən əhval ruhiyədə keçən toyda tanınmış simalar çoxluq təşkil edirdi,onlardan Manana,Natavan Həbibi,Elnur,Zamiq,Eyyub Yaqubov,Ağadadaş Ağayev,Samir Piriyev,İlhamə Quliyeva,Aysel Teymurzadə,Emil Bədəlov,Elçin,İlqar Muradov,Lalə Məmmədova,Aygün Səmədzadə,Pərviz,Sabir,İlkin Həsəni,Qənirə Paşayeva,Elnur Məmmədli və s. adlarını çəkmək olar.Ən yadda qalan çıxışlar İlhamə Quliyevanın və Ağadadaş Ağayevin çıxışları oldu.Maraqlı sürprizıərdən birini isə Ayazın dostları etdi.Emil,Elçin,Vüsal,Pərviz və Zamiqin məxsusi olaraq Ayazın toyuna hazırladıqları mahnı böyük maraqla qarşılandı.Enter.Az saytı sizə bu videonu təqdim edir,müəyyən səbəblərə görə isə Zamiq toyun sonlarına yaxın məclisdə deyildi və mahnı planlaşdırılmış şəkildə deyil Zamiqsiz ifa olundu.Bir daha Ayaz və Samirə xanımı bütün Enter.Az kollektivi adından təbrik edirik və xoşbəxt olun deyirik!
əlavə edilmə :
|